Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XƏSTƏ YOLDAŞINA BAŞ ÇƏKMƏK


عن إبراهيم بن أبى عبلة قال مرضت امرأتي فكنت أجىء إلى أم الدرداء فتقول لي كيف أهلك فأقول لها مرضى فتدعو لي بطعام فآكل ثم عدت ففعلت ذلك فجئتها مرة فقالت كيف قلت قد تماثلوا فقالت إنما كنت أدعو لك بطعام إذ كنت تخبرنا عن أهلك أنهم مرضى فأما إن تماثلوا فلا ندعو لك بشيء



513.İbrahim ibn Əbi Uleyyə deyir ki, həyat yoldaşım xəstələnmişdi. Mən Ummu Dərdanın (r.a) yanına gedərdim. O məndən: “Yoldaşının halı necədir?”- deyə soruşar, mən də: “Xəstədir”- deyə cavab verərdim. O mənə yemək gətizdirərdi. Mən yeməyi yedikdən sonra geri qayıdardım. Beləcə, o, mənə yemək verərdi. Bir dəfə yenə onun yanına gəldikdə soruşdu: “(Ailən) necədir?” Dedim: “Artıq yaxşılaşıbdır”. O dedi: “Nə qədər ki, ailənin xəstə olduğunu bizə bildirirdin, sənə yemək gətizdirirdim. Madam ki, onun vəziyyəti düzəlib, artıq sənə yemək gətizdirməyəcəyik”.
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka