Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Müəllifi seçin
DƏRSİN ADI MÜƏLLİFİ QULAQ ASMAQ YÜKLƏMƏK
 TÖVHİDİN DAŞIYICILARI-4. XABBAB İbn ƏRAT
Tarixi qaynaqlardakı rəvayətlərə görə Xabbabın müşrik sahibəsi Ummu Ənmar öz dəmirçixanasında Xabbab (r.anhı) İslamdan döndərmək üçün ocaqda qızdırdığı dəmirlə onun başını və digər bədən üzvlərini dağlayarmış.
E. Mahmudov
Cümə xütbəsi

17:54 dəq.

6,6 Mb
 XOCALI QƏTLİYAMI və UHUD DÖYÜŞÜ
Bu millətin Xocalıda, Qarabağda, erməni dığalarının törətdiyi bütün cinayət coğrafiyalarında namus, şərəf və qeyrətinə keçmişlər. Kim təmizləyəcək bu namus, şərəf və qeyrətimizi? Kim təmizləyəcək bu nəcisi, bu murdarı, bu şirki, bu zülm və işgəncəni?
E. Mahmudov
Cümə xütbəsi

13:35 dəq.

5,8 Mb
 TÖVHİDİN DAŞIYICILARI-3
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

11:11 dəq.

4,8 Mb
 Xubeyb ibn Adiy
Elə ömürlər, elə talelər vardır ki, ömürləri qısadır, az yaşayarlar, amma Allaha və Allaha aid dəyərlərə bağlı olduqları üçün bu qısa görünən həyatlarına böyük dəyər qazandırar, etdikləri ilə bu qısa ömürlərinə böyük məna qazandırarlar.
E. Mahmudov
Cümə xütbəsi

19:31 dəq.

7,1 Mb
 TÖVHİDİN DAŞIYICISI-2 / Səhabə nəsli
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

10:11 dəq.

3,8 Mb
 TÖVHİDİN DAŞIYICISI-1
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

17:01 dəq.

6,2 Mb
 BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ İSƏ BİR DAHA ENMƏZ!
Onlar bayraqlarını Allah yolunda bədən üzvlərini, mallarını, mülklərini və canlarını verərək qorudular. Bəs biz? Biz nə edirik? Axı biz Rəsulullahın, onun əhli-beytinin, onun səhabələrinin, şanlı əcdadımızın davamçılarıyıq və ya ən azından davamçıları olduğumuzu iddia edirik. Bəs biz onlardan bir parça, bir yadigar daşıdığımız bayrağımızı necə qoruyuruq? Biz bayrağımıza necə sahib çıxırıq? Biz bayrağımızı harada dalğalandırırıq? Bu bayrağı biz işğal edilmiş torpaqlarımızda nə qədər dalğalandıra bilirik?
E. Mahmudov
Cümə xütbəsi

14:39 dəq.

6,3 Mb
 QURBAN İBADƏTİ və HİKMƏTLƏRİ
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

12:49 dəq.

7,8 Mb
 TƏBLİĞ VƏ DƏVƏT METODU
Həmçinin halal pul qazanın deyib özü hərcür haramla, hərcmərcliklə qazanc əldə edənlərin, faiz haramdır deyib faizlə məşğul olan sələmçi müsəlmanların, korrupsiya ilə maşğul olmayın, korrupsiya günahdır deyib korrupsiya ilə maşğul olan koorupsioner müsəlmanların, monopoliya İslama görə haramdır, iqtisadiyyatı çökərdir etməyin-eləməyin deyib hərcür monopolya ilə məşğul olan monopolist müsəlmanların, israf haramdır deyib israfla yaşayan müsriflərin, rüşvət haramdır, rüşvət cəmiyyəti çökərdir, haqqı-ədaləti yox edir, İslam qadağan edir rüşvəti, Əbu Hureyrə və Abdullah İbn Amr rivayət edir, Rəsulullah (s.a.s): “Rüşvəti alanı da, verəni də lənətlədi” deyib özü rüşvət alan rüşvətxor müsəlmanların dediklərinin təbliğ və dəvət baxımından cəmiyyətə heç bir təsiri olmaz.
E. Mahmudov
Cümə xütbəsi

12:21 dəq.

6 Mb
 MÜVAHHİD MÜSƏLMANIN XÜSUSİYYƏLƏRİ
Bu günkü mühazirəmizdə müqəddəs kitabımız Qurani-Kərimin müvafiq ayələrindən və Rəsulullah (s.a.s-in) hədislərindən yola çıxaraq sizlərə muvahhid müsəlmanın tərifini verməyə cəhd edəcək və muvahhid müsəlmanın müəyyən xüsusiyyətləri üzərində durmağa çalışacağıq.
E. Mahmudov
Cümə xütbəsi

15:22 dəq.

9,3 Mb
 TOXUNULMAZ DƏYƏRLƏR
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

20:59 dəq.

7,6 Mb
 RAMAZAN AYI VƏ BİZƏ ÖYRƏTDİKLƏRİ
Maddi və mənəvi təmizliyi Ramazanda əmr etdi, oxu əmri ilə elmi, irfanı, əxlaqı, ədəbi, etikanı Ramazanda öyrətdi. Bütün bunları Ramazan ayında, Ramazan ayının son 10 gününün tək günlərindən birinə rast gələn mübarək Qədr gecəsində nazil etdi.
E. Mahmudov
Cümə xütbəsi

10:56 dəq.

5,4 Mb
 İBADƏTDƏKİ HİKMƏTLƏR VƏ RAMAZAN ORUCU
Bir çox ibadətlərin müəyyən hikmətləri bilinməklə bərabər onların əksər hikmətləri, böyük fayda və xeyirlərini bilmək insan idrakının xaricində ola bilir. Buna görə də ən böyük hikmət sahibi olan Allaha iman gətirən, ona bütün varlığı ilə təslim olan insan qəbul etdiyi varlığın və dinin bütün mühüm prinsiplərini hər hansı bir hikmət və hər hansı bir fayda axtarmaq narahatlığına və əziyyətinə girmədən yerinə yetirsə daha yaxşı və daha fəzilətli olar. Əsl təslimiyyət də elə budur.
E. Mahmudov
Cümə xütbəsi

13:21 dəq.

6,5 Mb
 Həyatımızın əsası TÖVHİD-2
Tövhid yaradılışın və var olmanın ən mühüm, ən əhəmiyyətli hadisəsidir. İnsanlar hər şeydən əvvəl bu inancı, bu imanı, bu düşüncəni qəbul edib etməməkdən məsuliyyət daşıyırlar. - İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

15:39 dəq.

7,3 Mb
 Həyatımızın əsası TÖVHİD-1
"Günümüz dünyası və günümüz insanı əksər hallarda həyatlarını və münasibətlərini tövhidə aid mənəvi dəyərlər üzərində deyil, mənfəət, maddiyat, nəfsani hisslər və şəhvətə aid dəyərlər üzərində qurur." - İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı Elşad MAHMUDOVun oxuduğu cümə xütbəsi.
E. Mahmudov
Cümə xütbəsi

16:00 dəq.

6,5 Mb
 ARZU VƏ İSTƏKLƏRİMİZ
Dünyada və kainatda görə bildiyimiz və görə bilmədiyimiz, müşahidə etdiyimiz və ya müşahidə edə bilmədiyimiz bütün canlıların yaradıcısı - onları yaradan, yoxdan var edən Allahdır!
Hər şeyin xaliqi olaraq, yaradıcı sifətilə Allah-Təala canlı olan hər bir şeyi yaratdığı zaman bu canlılara fitri olaraq bəzi xüsusiyyət, özəllik, qabiliyyət və istedad vermişdir. Allah-Təalanın yaratdığı insan da bu canlılar arasında mühüm və şərəfli yer tutmaqla bərabər bəzi xüsusiyyət və özəlliklərə sahibdir. Arzu etmək, istəmək, xəyal etmək, bu arzu və istəklərini həyata keçirmək Allahın insana verdiyi, ona bəxş etdiyi çox mühüm və önəmli xüsusiyyət və özəlliklər arasında yer alır.
E. Mahmudov
Cümə xütbəsi

22:28 dəq.

20,6 Mb
 ÖRNƏK İNSAN MODELİ
O, Allahın Rəsulu, Allahın elçisiydi, ancaq hər zaman bir sultan, bir kral və bir lider kimi ehtişamlı görünməkdən çəkinərdi. Əshabına belə deyərdi: “Xristianların Məryəm oğlu İsanı mədh edib müqəddəsləşdirdikləri kimi məni mədh edib müqəddəsləşdirməyin. Mən sadəcə Allahın quluyam. Mənə: Allahın qulu və Rəsulu deyin.”
E. Mahmudov
Cümə xütbəsi

17:09 dəq.

15,7 Mb
 QARABAĞ VƏ XOCALI FATEHLƏRİ GÖZLƏYİR
26 fevral 2010-cu il. Dünyada baş verən qətliyamlar içərisində analoqu olmayan bir faciədən, Xocalı faciəsindən 18 il ötür. Bütün Azərbaycan xalqı bu günü bir daha qan yaddaşında xatırladı. Minbərlər də susmadı. Xalqın mənəvi qidasını təmin edən məscidlərdən bu faciə bir daha yaddaşlarımızı təzələmək üçün xatırlandı.
Bakımızın İlahiyyat məscidində İlahiyyat Elmləri Namizədi və saytımızın daimi teoloqları sırasında olan Elşad Mahmudov faciəni Uhud faciəsi ilə müqayisə edərək gerçək bir şüur oyadan məsələlərə toxundu.
E. Mahmudov
Cümə xütbəsi

19:25 dəq.

9,4 Mb
 XOCALI SOYQIRIMI VƏ TERRORİZM
İslama terror dini deyərək onu ləkələmək istəyənlər, müsəlmanlara terrorist böhtanı atanlar özləri törətdikləri, özləri planladıkları, özlərinin dəstəklədikləri bu terror hərəkətlərini, bu soyqırımları görmürlər, ya da görmək istəmirlər, diqqəti də yayındırmaq üçün bunu dini ekstremizm, fanatizm və radikallıq adı altında İslamın, İslam Peyğəmbərinin, müsəlmanların və müsəlman xalqlarının üzərinə atırlar. [27.02.2009]
E. Mahmudov
Cümə xütbəsi

00:15:00 dəq.

7.2 Mb
 ƏN XEYİRLİ MÜSƏLMAN
Bir müsəlmanı görərsən üzərinə qaçarsan ki, salamlaşasan.
Eləsini də görərsən ki, üzünü yan çevirərsən...
Bəs xeyirli müsəlman necə olmalıdır?
Əlixan Musayev
Faydalı dərs

1:00:00 dəq.

13,8 Mb
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka