Könüldən və gizlicə... Dualar
Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. [7: 55] Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin! [40: 14] Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. [40: 60] De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!” [72: 20]