Azerislam ilin ən yaxşı saytı oldu
Allahın salamı ilə sizləri salamlayırıq əziz oxucularımız.
Bir ay bundan əvvəl Azərbaycan internetinin inkişafına həsr olunmuş "Birinci Milli İnternet Mükafat NETTY"yə "Azərbaycan Gənc Reportyorlar Birliyi"nin ilk layihələrindən biri olan Azerislam da qatıldı.
Biz oxucularımıza bu barədə məlumat verdik və yüzlərlə dünyavi internet saytları arasında qaliblərdən olmaq üçün onların səslərinə ehtiyacımızın olduğunu bildirdik.
Dəyərli oxucularımız bizi tək qoymadı, davamlı olaraq Azerislama səs verdilər, "Elm və Təhsil" kateqoriyasında ilk üçlüyə düşdük. Bundan sonra isə NETTY akademiya üzvləri 10 kateqoriya üzrə ilin ən yaxşı internet saytlarını təyin etdilər. Aprelin 2-də keçirilən mükafatlandırma mərasimində "Elm və Təhsil" nominasiyasında Azerislam.com ilin ən yaxşı Elmi resursu elan olundu.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz