Ailə

Ev, yoxsa ailə...?

Ev, yoxsa ailə...?

Bundan əvvəlki evlilik mövzusuna bir əlavə olaraq qeyd etmək lazımdır ki, bəzən ayrıca bir evin heç olmaması bir problemmiş kimi evlilik məsələsi təxirə salınır. Onsuz da yeni ailə qurmaq o qədər asan deyil, maddi baxımdan böyük xərclər bahasına başa gəlir. Belə ağır vəziyyətdə isə bir də yeni ev almaq, yaxud kirayədə yaşamaq əlavə bir yük olur. Halbuki təzə gəlin bəyin qarşısında heç bir şərt qoymadan bəyin valideynlərilə bir evdə bir müddət yaşaya bilər. Bilirik ki, indiki zamanda bu məsələ çox böyük problemə çevirilib. Bəzi evlərdə o qədər ailə fərdi var ki, evin kiçikliyindən yeni gəlin o evdə yaşaya bilməz, yaxud valideynlər təzə gəlini qəbul etmək istəmir, ya da bəyin maddi vəziyyəti yeni ev almağa imkan verir. Bu və ya digər hallar vardır, amma çox deyil. Baxırsan ki, illərlə sevgi məhəbbət məcarası yaşayan iki gənc, valideyn evində yaşamamaq üçün evlənmirlər.

İndi cəmiyyət elə dəyişib ki, ailələrdəki müsbət cəhətlər artmaqla bərabər mənfi cəhətlər də çoxalır. Əvvəllər böyük bir ailə böyük bir evdə və ya məhəllədə yaşayardı. Ana-ata, baba-nənə, oğul-uşaq və qohum-əqraba bir-birinə yaxın olaraq həmişə dəstək göstərərdilər, bir-birlərindən xəbəri olar, əlaqələri sıx saxlayardılar. O zamanlar böyüklərə hörmət və uşaq tərbiyəsi də bir başqa idi. İndi isə hamı şəhərlərə can atır, yaşayış məntəqələri sıxlaşır, evlər balacalaşır, mənzillər darlaşır və çoxalır. Bu halda isə ailələr yalnız ata-ana və uşaqlardan ibarət olur, qohumluq əlaqələri zəifləyir və kəsilir, dəstək və yardım edən olmur. Bir tərəfdən belə ailələr tez inkişaf edir, həyatın bir çox problemlərinə tab gətirir, amma başqa tərəfdən də cəmiyyətin içindəki əlaqələr və bağlar zəifləyir. İşsizlərin sayı artır, iqtisadi vəziyyət ağırlaşır, qiymətlər bahalaşır və sairə bir çox çətinliklər üzə çıxır, bütün bunlar da evliliklərin gecikməsinə səbəb olur.

Bütün bunlar azmış kimi, bir də qız şərt kəsir ki, qaynana ilə yaşamaq istəmirəm. Ya qaynana ilə yola gedəcə bilməyəcəyini səbəb gətirirlər, ya həmişə qaynana deyəni edə bilmərəm deyirlər, ya da illərdir azad yaşamaq üçün evliliyi gözləyən qızlar bir də gedib yad adamlardan əmr ala bilməyəcəklərini düşünürlər. Təbii ki, buna razı olmayan oğullar da var ki, xanımının şikayətləri və anasının deyingənliyindən rahat yaşaya bilməyəcəyindən qorxur. Baxırsan cəmiyyətdə “evdə qalanlar” və “boşanmışlar” fenomen halını alıb. Bir-birinə bağlı o qədər problemlər var ki, artıq çıxış yolu tapmaq da qeyri-mümkündür. Qızları ya valideynləri müxtəlif mənasız səbəblərdən ərə vermir, madiyyat kimi çətinlikləri əldə bayraq edirlər, ya qızlar özləri müxtəlif səbəblərdən ərə getmək istəmirlər. Hətta qaynana ilə yaşamağa və hər cür çətinliklərə səbr etməyə razı olan qızlar var ki, onlar da ailə qura bilmirlər, bu isə oğlan tərəfdə yaranan problemlərdən irəli gəlir.

Hazırladı: Şahmar Kərimov

Oxşar məqalələr

Ailə

Sevmək cəsarətdir

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər. Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər. Sev…

4 dəq. oxunuş 9 092
Ailə

Şəxsiyyətli ailəyə doğru

1-ci yazı Sağlam bir ailə qurmaq istəyirsinizsə, ər-arvad münasibətini sağlam bir zəminə oturtmalısınız. Sağlam bir ailənin təməli ər-arvad arasındak…

5 dəq. oxunuş 21 462
Ailə

Müsəlman aıləsının xüsusıyyətlərı

Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliy…

10 dəq. oxunuş 2 507

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz