Hədis elmi

Əxlaqının gözəl olmasından ötrü Allaha dua edən kimsə


عن عبد الله بن عمرو أن رسول الله صلى الله عليه وسلم كان يكثر أن يدعو اللهم إني أسألك الصحة والعفة والأمانة وحسن الخلق والرضا بالقدر

Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) çoxlu-çoxlu belə dua edərdi: “Allahım! Səndən can sağlığı, iffətli olmağı, əmanətə xəyanət etməməyi, gözəl əxlaqlı olmağı və qədərdən razı qalmağı diləyirəm!”
[ Zəifdir ]

عن يزيد بن بابنوس قال دخلنا على عائشة فقلنا يا أم المؤمنين ما كان خلق رسول الله صلى الله عليه وسلم قالت كان خلقه القرآن تقرؤن سورة المؤمنين قالت اقرأ قد أفلح المؤمنون قال يزيد فقرأت قد أفلح المؤمنون إلى لفروجهم حافظون قالت كان خلق رسول الله صلى الله عليه وسلم

Yezid ibn Babənus rəvayət edir ki, biz Aişənin (r.a) yanına gəlib dedik: “Ey möminlərin anası! Rəsulullahın (s.a.s) əxlaqı necə idi?” O dedi: “Onun əxlaqı Qur'an idi. “Möminlər” surəsini oxuyursunuzmu? Oxu:
“Həqiqətən, möminlər nicat tapmışlar”. Mən də oxudum:
“Həqiqətən, möminlər nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslər ki, lağlağılıqdan üz çevirirlər, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz cinsiyyət üzvlərini (hamıdan) qoruyurlar”. (əl-Mu'minun, 1-5.)
Aişə (r.a) dedi: “Rəsulullahın (s.a.s) əxlaqı belə idi”.
[ İsnadı zəifdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz