Xəbərlər

Içində alkoqol olan qatığı içmək olarmı?

Azərbaycanda fəaliyyət göstərən "MPRO" şirkətinin istehsal etdiyi "Kefir Osetinskiy" süd məhsulunun tərkibində alkoqol olduğu göstərilir. "Kefir Osetinskiy" qatıq paketinin üzərində, hər 100qr məhsulun tərkibində yağ və kalori olduğu kimi, 0.6 faiz alkoqol da olduğu yazılıb. Süd məhsullarında da alkoqol olmağı bizi çox maraqlandırdı. Bir müsəlman kimi, yeyinti məhsullarının tərkibində alkoqol olması adamı təəccübləndirməyə bilməz. Bəs onda müsəlman kəs normal qəbul etdiyi və həmişə istifadə etdiyi məhsullarda, təsadüfən alkoqol olduğunu aşkar etsə necə hərəkət etməlidir?

Bunu aydınlaşdırmaq üçün, "MPRO" şirkətinə zəng etdik. Texnoloq Hürü Ələsgərova məsələyə: "Kefir Osetinskiy qatıq məhsuluna, biz özümüz alkoqol əlavə etmirik. Bu məhsulun tərkibində, kefir göbələkləri var ki, bu da hər gün 0.01 artır. Bu məhsulun saxlama müddəti 14 gündur. Paketin üstündə qeyd olunan 0.6 alkoqol dərəcəsi isə, məhsulun istehsal olunan gündən 14-cü günə qədər yığıla bilən miqdarıdır. Bundan əlavə, məhsulumzda, dad vermək üçün başqa faydalı çubuqlar da var"- deyə münasibət bildirdi.


Mövzuya aydınlıq gətirmək üçün Azərislam teoloqu Əlixan Musayevlə əlaqə saxladıq və o, məsələyə bu cür münasibət bəslədi ki, problem deyil, bu cür qida məhsullarının qəbulunu şəriətimiz qadağan etmir.



Artıq siz şübhələnmədən "Kefir Osetinskiy" qatığını içə bilərsiniz. Başqa məhsullarda isə belə bir məlumata rast gəlsəniz, zəng edib aydınlaşdırmaqdan heç çəkinməyin.


Oxşar məqalələr

Xəbərlər

Hədis elmi

Hədis kəlməsi В«yeniВ» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək ki…

8 dəq. oxunuş 25
Xəbərlər

10 haqq

ШЁШіЩ… Ш§Щ„Щ„Щ‡ Ш§Щ„Ш±Ш­Щ…Щ† Ш§Щ„Ш±Ш­ЩЉЩ… Şükr və təВ»rif Allaha məxsusdur. Biz ona şükr edir, Onu təВ»rif edirik, Onu köməyə çağırırıq, Ondan bağışВ…

27 dəq. oxunuş 31
Xəbərlər

Valideynlərə münasibət

ШЁШіЩ… Ш§Щ„Щ„Щ‡ Ш§Щ„Ш±Ш­Щ…Щ† Ш§Щ„Ш±Ш­ЩЉЩ… MÜQƏDDİMƏ Şükr və təВ»rif Allaha məxsusdur. Biz Ona şükr edir, Onu təВ»rif edirik, Onu köməyə çağırırıq, On…

19 dəq. oxunuş 16

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz