Səhabələr

"Məgər sən Peyğəmbərsən?"

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Allah Rəsulunun (s.a.s) səhabəsi Sad bin əbu Vaqqas (r.a) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (s.a.s) sevimli xanımlarından biri, möminlərin anası Aişəni (r.a) və rəşidi xəlifələrin üçüncüsü, Cənnətlə müjdələnmiş on nəfərdən biri, mələklərin utandığı Osmanı (r.a) söyürdü. Ömrünün ən gözəl günlərini Cənnətlə müjdələnmişlərlə keçirən və artıq qocalığın nuru ilə şərəflənən Sad bu mənzərədən hiddətləndi. Qəzəbi gözlərindən oxunan Sad (r.a) adama yaxınlaşdı və ondan söyüşlərini kəsməsini istədi.
Adam Sada (r.a) “Kəsməsəm nə olacaq?” deyə, kinayəli cavab verdi.
Sad da (r.a) ona “Kəsməsən, Allaha sənin üçün dua edəcəm!” dedi.
Adam yenidən istehza ilə “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” dedi. Beləcə heç nə deməyən Sad (r.a) üz tutdu Allah Rəsulunun (s.a.s) məscidinə. Bu hadisənin şahidi olanlar söyləyirlər ki, Sad bin əbu Vaqqas (r.a) iki rükət namaz qılıb dua etdi. O, hələ məsciddən çıxmamış artıq meydanda insanların qışqırıq səsləri gəlirdi. Görənlər şahidlik ediblər ki, bir qudurmuş dəvə meydana girərək söyüş söyən adamı ayaqları altına salaraq tapdalayırdı.
Bəli, bu Allah Rəsulunun (s.a.s) səhabələrinin kəramətlərindən idi.
Həmin adam Sada (r.a) “Məgər sən peyğəmbərsən ki, etdiyin hər dua anındaca qəbul olunsun?” deyərkən bir şeyi unutmuşdu ki, Allah elçisi (s.a.s) bir vaxtlar dua edərək “Allahım, Sadın dualarını qəbul et” demişdi.

Azerislam.com

Oxşar məqalələr

Səhabələr

Əhli-beytin fəziləti

1. Abdullah bin Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur: —Ne'mə…

11 dəq. oxunuş 569
Səhabələr

Səhabələrin fəziləti

ƏLİ İBN ƏBU TALİBİN (r.a) FƏZİLƏTİ 1. Ənəs bin Malik (Allah ondan razı olsun! - r.a) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı, sal…

24 dəq. oxunuş 27

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz