Men bir-nece gun once bir verilishe baxmisham.Orada dindar bir qadin haqqinda verilish…
Sual: Salam.Men bir-nece gun once bir verilishe baxmisham.Orada dindar bir qadin haqqinda verilish idi.Sehv etmiremse adi Yasemen idi.O deyirdi ki, Peyğəmbərimizle (səllallahu aleyhi və səlləm) sohbet edir ve hemchinin kimin ne problemlemleri varsa onun telefon nomreleri de, adi da ona melekler vasitesi ile chatdirilir. Biz bele sheylerle rastlashdiqda onlara inanaq yoxsa yox.Meni narahat eden suala cavab vermeyinizi xahish edirem.Allah sizlerden razi olsun!
Cavab:
Və aleykumus-sələm.
Bu cür insanlar şeytan və onların dostlarıdırlar. Çünki, ölü ilə (qəbrdə olan) heç kəs danışa bilməz və ona heç nə eşitdirə bilməz. Uca Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 22-ci ayə).
Bu ayə onu göstərir ki, heç kəs qəbrlərdə olanlara heç nə eşitdirə bilməz. Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də qəbrlərdə olanlara heç nə eşitdirə bilmirdi. Hamıya da məlumdur ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də vəfat etmiş və hal-hazırda qəbr həyatındadır. Onun ölümünü heç kəs inkar edə bilməz. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər surəsi 30-cu ayə).
Bu ayə onu göstərir ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də adi insanlar kimi artıq vəfat etmişdir və onun fəvatından sonra heç bir insan ona bir söz eşitdirə bilməz. Çünki, öncə qeyd etdiyimiz ayədə deyilir ki, qəbrlərdə olanlara heç nə eşitdirmək mümkün deyil. Elə isə adını çəkdiyiniz Yasəmən adlı yalançı və fırıldaqçı qadın hansı əsasla Peyğəımbərimizlə (səllallahu aleyhi və səlləm) danışdığını iddia edə bilər.
Biz onu deyə bilərik ki, o yalnız özü kimi şeytanlarla və cinlələrlə danışır. Həmçinin problemləri olan insanların telefon nörələri və adları ona mələklər vasitəsi ilə deyil, əksinə cinlər və şeytanlar vasitəsi ilə çatdırılır. Çünki şeytanlar daima onun kimi qadınların və kişilərin qulaqlarına pıçıldamaq vasitəsi ilə bəzi məlumatlar çatdırırlar. Uca Allah buyurur: “Həqiqətən, (Cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər).” (əl-Cinn surəsi 6-cı ayə).
Başqa bir ayədə isə uca Allah belə buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər! (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər). (əl-Ənam surəsi 112-ci və 113-cü ayələr).
Digər bir ayədə də belə buyurur: “(Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!" (Allah) buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!” (əl-Ənam surəsi 128-ci ayə).
Allah bu cür fırıldaqçı cinləri və insanları bu dünyada da, axirətdə də rüsvay etsin və onların layiqli cəzalarını versin! Amin!!!
592. elchin azagov (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz