Meni bir nece sual narahat edir: 1) Qurani Kerimde olan veya hedislerde olan bezi hokmler…
Sual: meni bir nece sual narahat edir: 1) Qurani Kerimde olan veya hedislerde olan bezi hokmler indki zamanla uygun gelmir. mes. a-Shekil cekmek-men ishguzar fealiyyetle elaqeder coxlu sayda shekil cekdirirem. ve ya ailemle, dostlarimla shekil cekdirirem. bunun hech neye ziyani yoxdur. ozunu bele sheylerden tecrid edenler de musasir dovre uygunlasha bilmirler. b-ogurluq eden adamin sag elinin kesilmesi. mence indiki zamanda bu vehsilik olardi. gelin etiraf edek ki, dushunce terzi ve cemiyyetin inkisha
Cavab:
Əs-sələmu aleykum.
Uca Allah cinləri və insanları yalnız ona ibadət etmək üçün yaratmışdır. Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zariyat surəsi 56-cı ayə).
Bəs ibadət nə deməkdir? “İbadət” – Allahın sevib razı qaldığı zahiri və batini sözlərin və əməllərin toplumudur. İnsan Allahın bütün əmrlərini yerinə yetirməklə və qadağalarının hamısından çəkinməklə Allaha ibadət etmiş olur.
Odur ki, insan hər bir işdə Allaha və Onun rəsuluna dönməlidir. Yəni hər bir məsələdə Allahı və Onun rəsulunu hakim təyin etməlidir. Uca Allah buyurur: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” (ən-Nisa surəsi 65-ci ayə).
Bu ayə onu göstərir ki, həqiqi mömin odur ki, hər bir məsələdə Allahı və Onun rəsulunu hakim təyin etsin. Eləcə də insan bəzi məsələlərdə Allahın dedikləri ilə, bəzilərində isə cahiliyyə dövründəki hökmlərlə hökm verməməlidir. Uca Allah buyurur: “Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (əl-Maidə surəsi 50-ci ayə).
Həmçinin Allahın hökmlərindən hansının indiki dövrdə keçərli, hansının keçərsiz olduğunu kimlər təyin etməlidir? Allahın hökmlərini bu cür təyin edən şəxslər Allahımı mühakimə edirlər? Yoxsa özlərini Allahdan daha elmli hesab edirlər? Allah bu cür pis sifətlərdən pak və uzaqdır. Allahın hökmü Qiyamətə qədər keçərlidir. Bunu yalnız həqiqi möminlər və ağıl sahibləri dərk edirlər. Həqiqi möminlər o kəslərdir ki, Allah və Onun rəsulu nəyi əmr edirsə onu da yerinə yetirər və eşidib itaət etdik deyərlər. Uca Allah buyurur: “Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).” (ən-Nur surəsi 51-ci və 52-ci ayələr).
Bu ayə onu göstərir ki, mömin o şəxsdir ki, Allahın əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmırlar. Əksinə onlar Allahdan və ya Onun rəsulundan bir əmr eşitdikdə "Eşitdik və itaət etdik!" - deyərlər. Qeriləri isə Allahın əmrlərinin hansının haqq, hansınınsa nahaqq olduğunu araşdırmağa çalışırlar. Məgər Allah dedikləri yalnız haqq deyilmi. Uca Allah buyurur: “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (əl-Ənam surəsi 73-cü ayə).
Bu cür əməl münafiqlərin əməlidir. Uca Allah buyurur: “Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər. (Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. (ən-Nur surəsi 46; 47; 48 və 49-cu ayələr).
Uca Allah başqa bir ayədə də belə buyurur: “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir! Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (əl-Ənam surəsi 114; 115 və 116-cı ayələr).
Bu ayələrin hamısı onu göstərir ki, göylərdə və yerdə bütün hökm Allaha məxsusdur. Uca Allah buyurur: “Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!” (ən-Nur surəsi 42-ci ayə).
Odur ki, hər bir zamanda Allahın nazil etdiyi kitabla hökm vermək lazımdır. Şeytanın vəsvəsələrinə uymaq lazım deyildir. Uca Allah buyurur: “(Ya Rəsulum!) O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (əl-Maidə surəsi 49-cu ayə).
Sizə bir sualımız da vardır: Allahın hökmlərindən hansının indiki dövdə gərəkli, hansının da gərəksiz olduğunu söyləyən şəxslər bunu hansı dəlilə (ayə və ya hədisə) əsasən söyləyirlər? Yoxsa onlar hər şeyi öz ağılları ilə ölçürlər və ya öz nəfslərinə uyurlar?! Uca Allah öz nəfsinə uyan şəxslər barəsində belə demişdir: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (əl-Casiyə surəsi 23-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.” (əl-Furqan surəsi 43-cü və 44-cü ayələr).
Uca Allah həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) də əmrlərinə və qadağalarına riayət etməyi bizə əmr etmişdir. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Digər bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Dində ifrata varmağa gəlincə onu deyə bilərik ki, Allahın bütün əmrlərini yerinə yetirib, bütün qadağalarından çəkinmək dində ifrata varmaq deyildir. Əksinə bu İslam dinini layiqincə yerinə yetirmək deməkdir. Uca Allah Qurani kərimdə iki yerdə dində həddi aşmamaq və ifrata varmamaq barəsidə demişdir. Bu ayələri izah etməkdən öncə sizə bəzi şeyləri bildirmək istəyirik:
Hər bir müsəlman Qurani Kərimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) və səhabələrinin başa düşdüyü kimi başa düşməlidir. Quranın bir hissəsini götürüb istədiyi kimi izahat verməməlidir. Əgər biz Quranın yalnız bir ayəsini götürüb ondan əvvəlki və sonrakı ayələrə nəzər salmasaq həmin ayədən düzgün nəticə çıxara bilmərik. Buna misal çəksək yerinə düşərdi. Uca Allah əl-Məun surəsinin 4-cü ayəsində belə buyurur: “Vay halına o namaz qılanların.”
Əgər biz yalnız bu ayəni götürsək onda deyə bilərik ki, namaz qılmaq günahdır və kim namaz qılsa Allah onu cəzalandıracaq. Lakin biz bu ayəni daha doğru başa düşmək üçün bundan əvvəl və ya sonra gələn ayələrə də nəzər salmalıyıq. Bundan sonra gələn ayədə isə uca Allah belə buyurur: “Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 5-ci və 6-cı ayələr). Göründüyü kimi bu iki ayə öncəki ayəni izah edir.
Həmçinin biz uca Allahın “dində həddi aşmamaq və ifrata varmamaq” barədə dediyi ayələi daha dəqiq başa düşmək üçün bu ayələrdən əvvəl və sonra gələn ayələrə də nəzər salmalıyıq. Bu ayələrin hamısını qeyd edəcəyik ki, hər bir kəs onu daha dəqiq anlasın. Uca Allah buyurur: “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!” (ən-Nisa surəsi 171-ci ayə). Bu ayədə uca Allah “Öz dininizdə həddi aşmayın!” dedikdə nəsraniləri (xaçpərəstləri) nəzərdə tutur. Çünki, onlar İsa peyğəmbər barəsində hədlərini aşdılar və onu Allahın oğlu hesab etdilər. Bu ayəni oxuyan şəxs bunu daha aydın görər.
Uca Allahın “dində həddi aşmamaq və ifrata varmamaq” barədə dediyi ikinci ayəyə nəzər salaq. Uca Allah buyurur: “Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər. De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!" De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!" İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.” (əl-Maidə surəsi 75; 76; 77; 78-ci ayələr). Həmçinin bu ayədə də uca Allah nəsraniləri nəzərdə tutur. Öncə qeyd etdiklərimiz bu ayəyə də şamil edilir.
Qurani Kərimdə olan möcüzələrə gəlincə onu deyə bilrik ki, bu kitab Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən böyük möcüzələrindəndir. Düzdür, Qurani Kərim başqan axıra qədər elmi kəşflərlə dolu deyildir. Lakin orada bir çox elmi kəşflər vardır ki, onu hal-hazırki dövrdə kəşf etmişlər. Bu barədə daha ətraflı bilmək üçün “Quran möcüzələri” kitabını əldə edib oxusanız daha yaxşı olardı.
Həmçinin uca Allahın Qurani Kərim yer üzərinə göndərməsində məqsədi (sizin dediyinizə görə) insanlarla “kontrakt” imzalamaq deyildir. Məgər Allahın insanlarla “kontrakt” imzalamağa ehtiyacı vardır? Bu Allah barəsində ən nalayiq sözdür. Uca Allah Qurani Kərimi yalnız insanlar doğru yola yönəlsinlər deyə nazil etmişdir. Qurani Kərim insanları döğru yola yönəldir. Uca Allah buyurur: “Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə surəsi 2-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə surəsi 185-ci ayə).
Həmçinin Qurani Kərimdə ağıl sahibləri üçün böyük ibrətlər vardır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!” (ər-Rəd surəsi 19-cu ayə).
Digə ayədə isə belə deyilir: “52. Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim surəsi 52-ci ayə).
Başqa bir ayədə də belə deyilir: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi 29-cu ayə).
Bütün bu ayələr onu göstərir ki, Qurani Kərimi yalnız ağıl sahibləri dərk edər və ona əməl edər. Ağılsız insanlar isə onun barəsinə ağıllarına gələnləri söyləyirlər.
Siz belə bir ifadə işlətmisiniz “Dəyişməyən tək şey var - Allahın movcudluğu, onun dünyanı, insanları yaratması faktı ve qiyamət gününün olacağı. Bunları qəbul edən şəxs istənilən dövrd düzğün yoldadır.” Bu çox təhlükəli ifadədir. Çünki, sizin qeyd etdiklərinizi şeytan da təsdiq edir. Onda belə çıxır ki, o düzgün yoldadır. Elə isə nə üçün uca Allah şeytanı cəhənnəmlik etdi? Həmçinin bu dediklərinizi müşriklər də təsdiq edirdilər. Elə isə nə üçün uca Allah Peyğəmbərlər göndərdi?
Hamıya bəllidir ki, əsl düzgün yolda olanlar o şəxslərdir ki, onlar Allahın və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirir və qadağalarından çəkinirlər. Uca Allah buyurur: “Bu, (Quran) heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar; Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.” (əl-Bəqərə surəsi 2; 3; ; və 5-ci ayələr).
Başqa bir ayədə isə belə deyilir: “Bu hikmətli Kitabın (Quranın) ayələridir. (O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!” (Loğman surəsi 2; 3; 4 və 5-ci ayələr).
Bu cür ayələr Qurani Kərimdə saysız hesabsızdır. Bütün bu ayələr əsl doğru yolda olanları göstərir.
Şəkil barəsində bunu deyə bilərik: Ümumiyyətlə İslam dininə görə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır.” (Bu hədisi Buxari rəvayət etmişdir).
Digər bir hədisdə isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “İçində it və şəkillər olan evə mələklər daxil olmurlar.” (Bu hədisi də Buxari rəvayət etmişdir).
Peyğəmbər Bu sözləri özündən demir. Onun dediklərinin hamısı Allah tərəfindəndir. Uca Allah buyurur: “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki; Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (ən-Nəcm surəsi 1; 2; 3 və 4-cü ayələr).
Oğurluq barəsində bunu deyə bilərik: “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (əl-Maidə surəsi 38-ci ayə). Bu Allahın hökmüdür. Bunu dəyişdirmək və ya ləğv etmək Allaha qarşı çıxmaqdır.
Saqqal barəsində bunu deyə bilərik: Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun.” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusulərə oxşatmasın. Kim özünü bir qövmə oxşadarsa həmin şəxs onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır.”
Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Saqqal barəsində onu da deyə bilərik ki, bütün dahi alimlərin hamısı saqqal saxlamışlar. O ki qaldı insanların onu yaxşı və ya pis qarşılamalarına, onu deyə bilərik ki, bizi yalnız Allahın bizi necə qarşılaması maraqlandırır. Əgər biz hər bir insanın dediyi ilə oturub dursaq, onda yolumuzu azmış olarıq. Çünki, bizi çoxluq maraqlandırmır. Əgər çoxluğu götürsək onda gərək İslam dinindən çıxıb, kafir və ya müşrik olaq. Çünki, dünyanın əksəriyyətini onlar təşkil edirlər. Uca Allah çoxluğa tabe olmaq barəsində belə buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar! Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!” (əl-Ənam surəsi 116-cı və 117-ci ayələr).
Allahdan istəyirik ki, bizi doğru yolda olanlardan etsin və bizi Onun əmrlərini eşidən kimi ona tabe olanlardan etsin! Amin!!!
504. H.MESIMOV (GENCE)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz