Menim atam qoymur oruc tutmaqa?
Sual: SALAM ALEYKUM ALLAH SIZDEN RAZI OLSUN..MENIM ATAM QOYMUR ORUC TUTMAQA.. MEN NE EDIM AXI..MENE CHARE QILIN. NAMAZ QILMAQADA QOYMUR MENDE VALIDEYIN HAQQI DEYIB SUSURAM..
Cavab:
Əgər siz həddi buluğa çatmısinizsa onda Allahın əmrini yerinə yetirərək namaz qılıb, oruc tutmalısınız.
Uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (əl-Bəyyinə surəsi 5-ci ayə).
Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
Oruc barəsində isə uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi 183-cü ayə).
Həmçinin İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bütün bunlar onu göstərir ki, həm namaz, həm də oruc həddi buluğa çatan hər bir müsəlmana vacibdir. Odur ki, bu işdə valideynlərə tabe olmaq Allaha asi olmaq deməkdir. Çünki uca Allah sizə namaz qılıb, oruc tutmağı əmr edir, valideynlər isə bunları qadağan edir. Əgər valideynlərə tabe olsanız onda Allaha asi olursunuz. Valideynlərə yalnız Allaha asi olmayan işlərdə tabe olmaq olar.
Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr). Allah bütün valideyləri doğru yola yönəltsin. Amin!!!
284. Xəlilova Sevinc (Gəncə)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz