Sual-Cavab

Neye göre musiqiyə qulaq asmaq haramdır?

Sual: Neye göre musiqiyə qulaq asmaq haramdır? Musiqi ki gözel duygular yaradır. Musiqini de insanlar üçün Allah yaratmayıbmı?

Cavab:

Əs-sələmu aleykum.

Çünki bunu uca Allah və Onun Peyğəmbəri (səllallahu aleyhi və səlləm) haram etmişdir. Musiqinin haram olmasına dair quran ayələri isə aşağıdakılardır:

- Uca Allah Qurani Kərində şeytana bel deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...” (əl-İsra surəsi 64-cü ayə).

- Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur:

“İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

Bəli musiqi zahirdən insana xoş gələ bilər və bəzi duyğular yarada bilər. Lakin bu heç də onun halal olmasına dəlalət etmir. Çünki şeytan insana haram əməlləri yaxşı göstərir ki, onu etsinlər. Uca Allah bu barədə belə demişdir:

“(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!” (əl-Hicr surəsi 39-cu ayə).

Həmçinin şeytan bəzi insanlara içkini də yaxşı göstərir, lakin bu o demək deyil ki, içki halaldır.

Allahın haram olan şeyləri yaratması onların halal olmasına dəlalət etmir. Çünki o qədər halam şeylər vardır ki, onların hamısını Allah yaradıb. Lakin bu, həmin şeylərin halal olması demək deyildir. Məsələn: Uca Allah donuzu yaradıb. Lakin bu “ onu Allah yaradıbsa halaldır” – demək deyil. Əksinə uca Allah bunları yaratmışdır ki, bəndələrini onlar vasitəsi ilə sınağa çəksin.

524. Birqiz (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz