Sual-Cavab

Nisanli olanda nisanlin seni öpürse o günahdirmi. əgər günahdirsa ona necə başa salim?

Sual: salam aleykum. nisanli olanda nisanlin seni öpürse o günahdirmi. əgər günahdirsa ona necə başa salim.

Cavab:

Və aleykumus-sələm.

Əgər sizin kəbininiz yoxdursa onda bu cür hərəkətlər hər ikinizə də haramdır. Yalnız kəbin kəsdirdikdən sonra bu cür hərəkətlər etmək olar. Odur ki, nişanlınızdan tələb edin ki, sizinlə kəbin kəsdirsin. Kəbin aşağıdakı qaydada olur:

1) İştirak edənlər: Qızın vəlisi, oğlanın vəlisi, iki şahid və qazı (kəbini kəsən şəxs). Əgər bu şəxslərdən biri olmazsa nikah səhih sayılmır.

2) Kəbinin kəsilmə qaydası: Xutbətul-həca (Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cümə xütbəsinə və ya sözə başladıqda oxuduğu dua) oxunur, sonra qızın vəlisindən “Qızını həmin oğlana verməyinə razı olması” barəsində soruşulur və şahidlər buna şahid olurlar, sonra oğlanın vəlisindən “Bunu (qızı oğlana almasını) qəbul etməsi barəsində” sorusulur və şahidlər buna şahiq olurlar. Beləliklə kəbin mərasimi sona yetir.

Allah bütün xəta edən müsəlmanların günahlarını bağışlasın! Amin!!!

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz