İslam tarixi

Qövmün (azad etdiyi) köləsi onların özlərindəndir


عن رفاعة بن رافع أن النبي صلى الله عليه وسلم قال لعمر رضي الله عنه اجمع لي قومك فجمعهم فلما حضروا باب النبي صلى الله عليه وسلم دخل عليه عمر فقال قد جمعت لك قومي فسمع ذلك الأنصار فقالوا قد نزل في قريش الوحي فجاء المستمع والناظر ما يقال لهم فخرج النبي صلى الله عليه وسلم فقام بين أظهرهم فقال من غيركم قالوا نعم فينا حليفنا وابن اختنا وموالينا قال النبي صلى الله عليه وسلم حليفنا منا وابن اختنا منا وموالينا منا وأنتم تسمعون إن أوليائي منكم المتقون فإن كنتم أولئك فذاك وإلا فانظروا لا يأتى الناس بالأعمال يوم القيامة وتأتون بالأثقال فيعرض عنكم ثم نادى فقال يا أيها الناس ورفع يديه يضعهما على رؤوس قريش أيها الناس إن قريشا أهل أمانة من بغى بهم قال زهير أظنه قال العواثر كبه الله لمنخريه يقول ذلك ثلاث مرات

75. Rifa ibn Rafi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Ömərə (r.a) dedi: “Qövmünü mənim üçün bir yerə yığ!” Ömər (r.a) onları bir yerə yığdı. Onlar Peyğəmbərin (s.a.s) qapısının yanına gəldikdə Ömər (r.a) onun yanına daxil olub dedi: “Qövmümü səndən ötrü toplamışam”. Ənsar bunu eşitdikdə: “Qureyş barədə vəhy nazil oldu”- dedilər. Dinləmək və baxmaq istəyənlər oraya gəldilər. Peyğəmbər (s.a.s) bayıra çıxdı, onların arasında dayanıb dedi: “Aranızda sizdən başqası varmı?” Onlar dedilər: “Bəli! Müttəfiqlərimiz, bacımız uşaqları və (azad edilmiş) kölələrimiz aramızdadırlar”. Peyğəmbər (s.a.s) dedi: “Müttəfiqlərimiz də bizdəndir, bacımız uşaqları da bizdəndir, (azad edilmiş) kölələrimiz də bizdəndir. Eşidin! Şübhəsiz ki, mənim dostlarım aranızdakı müttəqilərdir. Siz onlardansınızsa, çox yaxşı. Əks təqdirdə isə baxın. Qiyamət günü insanlar öz etdikləri əməllərlə gələcəklər. Siz daha ağır əməllərlə gələcəksiniz, lakin sizdən üz döndəriləcəkdir”. Sonra o, uca səslə çağırıb dedi: “Ey insanlar!” Əllərini qureyşlilərin başı üzərinə qaldırıb (üç dəfə) dedi: “Ey insanlar! Həqiqətən, Qureyşlilər e'tibarlı adamlardır. Kim onlara qarşı azğınlıq etsə, Allah onu hər iki üzü üstə (Cəhənnəmə) sürükləyər”.
[ Həsəndir ]

Oxşar məqalələr

İslam tarixi

İslam öncəsi Məkkə dönəmi

İslam tarixçiləri İslam öncəsi Məkkə dönəminə "cahiliyyə dönəmi” deyirlər. Ona görə biz də o dönəmi daha yaxşı anlaya bilmək məqsədi ilə tədqiqatımız…

6 dəq. oxunuş 227

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz