Quranda da 4 arvad almaga icaze vardir?
Sual: Assalamaleykum Sünne eqidesine göre sige haramdir. Quranda da 4 arvad almaga icaze vardir. Peygemberin 9 ve ya 11 arvadi olub. 4 arvaddan sonrakilar onun neyi sayilibdir. Allah haminizdan razi olsun. Assalamaleykum
Cavab:
Və aleykumus-sələm.
Bəzi əməllər vardır ki, onlar yalnız Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) aiddir. Məsələn: Gecə namazı qılmaq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) üçün vacib idi. Lakin bu əməl başqa müsəlmanlara vacib deyildir. Uca Allah Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əmr edərək buyurur: “Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!” (əl-Muzzəmmil surəsi 1-ci və 2-ci ayələr).
Həmçinin 4-dən çox qadınla evlənmək yalnız Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) aid idi. Yəni Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) evləndiyi həmin qadınların hamısı onun zövcələri idi. Digər müsəlmanlara isə eyni zamanda 4 qadınla evlənməyə icazə verilmişdir. Uca Allah bu barədə buyurur: “...Xoşunuza gələn [halal] qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər [alacağınız qadınlarla] ədalətlə dolanmayacağınızdan qorxsanız, onda [həmin qadınlardan] biri ilə yaxud öz əllərinizin mənimsədiyi [cariyə] ilə [kifayətlənin]. Bu, haqsızdıq etməməyə daha yaxındır.” (ən-Nisa surəsi 3-cü ayə).
Siğə məsələsinə gəlincə onu deyə bilərik ki, bunu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qadağan etmişdir. Əli (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni və ev eşşəyinin ətini yeməyi haram etdi!”
Əhli sünnə mənbələrində (“Səhihul Buxari” 5115; “Səhih Muslim” 3417)
Şiyə mənbələrində (Tusinin “əl-İstibsar” əsəri 3-cü cild, səh. 142; Amilinin “Vəsailuş-Şiə”, 21-ci cild, səh. 12)
Cəfər əs-Sadiqdən siğə barədə soruşduqda demişdir: (عندنا إلا الفواجر ما تفعله) “Bizim aramızda bunu ancaq günahkarlar edər!” (Məclisinin “Biharul Ənvar” əsəri 100-cü cild, səh. 318 )
Bizə elə gəlir ki, sizin bu rəvayətlərdən məlumatınız yoxdur.
Ümumiyyətlə siğə barəsində ətraflı məlumat almaq üçün saytımızın “Forum” bölümündəki “Qaynar mövzular” qisminin “Müzakirəsi başa çatmış mövzular” hissəsinə nəzər sala bilərsiniz. Siz bu hissədə “Müvəqqəti nikah və ya siğə nədir” mövzusuna nəzər salmaqla siğə haqqında geniş məlumat ala bilərsiniz.
Qeyd: Bu mövzu 5 səhifədən ibarətdir. Siz bütün səhifələrə nəzər salsanız siğə barəsində geniş məlumat ala bilərsiniz. Həmçinin birbaşa aşağıda qeyd olunan səhifəyə də nəzər sala bilərsiniz.
https://
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz