Oruc

Şəvval ayı

Şəvval ayı

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Ramazan ayı orucundan sonra Şəvval ayında da orucu davam etdirərək, 6 gün oruc tutmağımızı buyurmuşdur. Bu oruc barədə məşhur hədis rəvayətçiləri Muslim, Əbu Davud, ət-Tirmizi və İbn Macə, Əbu Əyyub əl-Ənsaridən rəvayət edirlər ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir; “Kim Ramazan ayını oruc tutarsa, sonra ardınca Şəvvaldan altı gün oruc tutarsa, sanki il boyu (ömür boyu) oruc tutmuş sayılar.”
Bu hədisin ərəbcəsində “dəhr” sözü keçir, hansı ki, bütün ili oruc tutmuş mənasına gəlir. Amma “dəhr” sözü həmçinin vaxt, zaman, ömür mənasına da gəlir. Beləki, hər il Ramazan ayı orucunu tutub, sonra Şəvvaldan 6 gün davam etməklə, bütün illəri orucla keçirmiş kimi sayılır, bu da sanki bir ömür oruc deməkdir.
Hansı günləri və necə tutmaq lazımdır sualın gəldikdə isə, bu məsələ həmiş sual obyekti olmuşdur. Beləki - 6 günü həmən bayram günündən sonra başlayaraqmı tutmaq gərəkdir, yoxsa Şəvval ayı boyunca tutmaq olar, yaxud 6 günü ardı-ardınamı tutmalı yoxsa ara verərək də tutmaq olar – kimi suallar ortaya çıxmışdır. Bu məsələ barədə alimlərin rəyləri müxtəlifdir, bir sıra alimlər isə hədisdə sadəcə 6 gün oruc tutmaq barədə buyurulduğu üçün bunu məhdudlaşdırmamağı irəli sürmüşlər. Deməli, Şəvval ayı müddətincə istər əvvəli, istər axırı, istər ardı-ardına, istərsə də intervalla, ay bitməmiş 6 gün oruc tutmaq Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) buyuruğuna əməl etməkdir.
Şəvval ayındakı oruc sünnətdir, o da nafilə və sünnət namazlarının fərz namazlarını tamamladığı kimi fərz olan Ramazan orucunu tamamlayır, əskik və səhvləri qapayır. Yalnız Şəvval ayındakı oruc deyil, bundan əlavə başqa günlərin orucları da var ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə tövsiyə etmişdir. Buna misal olaraq, Aşura günü, Haram ayları, Zilhiccənin ilk 10 günü, hər ayın ortasından 3 gün və sairə orucları gətirmək olar.

Şəvval ayında 6 gün orucu bitirə bilməyənlər onun qəzasını tutmaq məcburiyyətində deyillər. Çünki bu aydakı oruc sünnətdir. Tuta bilməyənin üzürlü səbəbi varsa, inşallah Allah onun niyyətinə görə savabını əsirgəməz.

Ramazan ayını tam olaraq oruc tuta bilməyib bir neçə günü qəza edəcək olanlarda isə belə bir sual yaranır ki; Bəs mən Şəvval ayının 6 gün orucunu əvvəl tutum sonra qəzaları, yoxsa qəzaları tutandan sonra?
Hədisi şərh edən islam alimləri bu məsələyə belə aydınlıq gətirirlər; “Hədisdə, Ramazan ayının orucunu tutun deyilmişdir. Qəzaları olan adam isə, Ramazan ayını tam tutmamışdır, tamamlamadığına görə də Şəvval ayının 6 gününü tutmamalıdır. Həm də, Ramazan ayı orucu fərzdir, Şəvval ayı orucu isə sünnətdir, bu məqamda fərz birinci olmalıdır. Deməli Ramazan ayının qəza orucları əvvəl tutulmalıdır.”

Allah təala bizə daim xeyirxah əməllər müvəffəq etsin!
Allah bizi haqq yolunda sabitqədəm və ibadətlərdə davamlı etsin!

Hazırladı: Şahmar Kərimov

Oxşar məqalələr

Oruc

Xoş gəldin, ey oruc !!!

Xoş gəldin, ey Oruc!!! Susuzluqdan çölə dönmüş qəlbimizə səfalar gətirdin! Sən ey zamanların gözəli, həmişəki kimi tam vaxtında yetirdin özünü... gəl…

2 dəq. oxunuş 7 743
Oruc

Orucun bədənimizə faydaları

Orucun həzm sisteminə təsiri: Ağız, tüpürcək vəzləri, dil udlaq, yemək borusu, mədə 12 barmaq bağırsaq, qaraciyər ,mədəaltı vəzi kimi mühüm orqanlard…

2 dəq. oxunuş 5 274
Oruc

Ramazanla əlaqədar bəzi tövsiyyələr

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Allahın xeyir bərəkəti və salamı peyğəmbərlərin və rəsulların ən əfzəli Muhəmmədə sallallahu aleyhi və səlləm …

6 dəq. oxunuş 6 460

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz