Siyge Haqqinda mukunse yeni quranda aciq askar var nisa 24 xais edirem bu sualima deqiq…
Sual: Siyge Haqqinda mukunse yeni quranda aciq askar var nisa 24 xais edirem bu sualima deqiq cavab veresiz
Cavab:
Əs-sələmu aleykum.
Uca Allah bu ayədə belə buyurur: “...İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”
Bu ayədə uca Allah siğənin deyil, əksinə evlənmənin qaydasını açıqlayır. Çünki, uca Allah bu ayədə buyurur ki, onların mehrlərini verin. Mehr də yalnız daimi evləndiyin qadına verilir. Bu ayəni həmçinin ondan sonra gələn ayə də tamamilə açıqlayır. Sonrakı ayəyə (ən-Nisa, 25) bax! Orada da ( أجورهن ءاتوهن ) sözü istifadə edilir, özü də əvvəlki ayədə olduğu kimi mehr mənasında. Uca Allah buyurur: “Namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə nikah edin və mehrlərini [şəriətə] müvafiq qaydada verin!”
Diqqət et! Bu ayədə uca Allah: ( فانكحوهن ) “onlarla nikah edin” və ( و ءاتوهن أجورهن ) “mehrlərini verin” - deyir. Bizə də məlumdur ki, nikah daimi olur, siğə isə müvəqqəti olur. Odur ki, 25-ci ayədə uca Allah nikah edin buyurdu. Yəni müvəqqəti deyil, əksinə daimi evlənin. Həmçinin bizə məlumdur ki, mehr yalnız daimi nikahda verilir. Müvəqqəti nikahda verilən isə mehr adlanmır. Uca Allah da 24-cü ayədə mehz “mehrlərini verin” buyurur.
Bir də ki, gərək bu cür məsələlərdə Təbərinin, Qurtubinin, ibn Kəsirin və s. məşhur təfsir alimlərinin kitablarına baxmalıyıq. Həmçinin onların bu ayəni necə izah etdiklərini, başda raşidi xəlifələr olmaqla əksər səhabələrin bu fikirdə olmadığını qeyd etməliyik. Məşhur təfsir alimləri də, həmçinin başda raşidi xəlifələr olmaqla əksər səhabələr də bu ayənin təfsirində uca Allahın daimi nikahı qəsd etdiyini açıqlamışlar.
Onu da nəzərinizə çatdıraq ki, bu əməl islamın əvvəllərində rüxsət verilmiş və bunu yalnız iradəsi möhkəm olmayanlar etmişlər. Şərab kimi. Bir dənə də olsa dəlil göstərə bilərsinizmi ki, Məhəmməd (səllallahu aleyhi və səlləm), Əbu Bəkr (Allah onlardan razı olsun), Ömər (Allah onlardan razı olsun), Osman (Allah onlardan razı olsun) və Əli (Allah onlardan razı olsun) rüxsət verilərkən siğə etmişlər? Məgər onlar Allahın buyuruqlarını dərhal yerinə yetirənlər olmamışlarmı?
Həmçinin siğənin sonradan qadağan olunması barəsində Əli (Allah onlardan razı olsun) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni və ev eşşəyinin ətini yeməyi haram etdi!”
Əhli sünnə mənbələrində (“Səhihul Buxari” 5115; “Səhih Muslim” 3417)
Şiyə mənbələrində (Tusinin “əl-İstibsar” əsəri 3-cü cild, səh. 142; Amilinin “Vəsailuş-Şiə”, 21-ci cild, səh. 12)
Cəfər əs-Sadiqdən siğə barədə soruşduqda demişdir: (عندنا إلا الفواجر ما تفعله) “Bizim aramızda bunu ancaq günahkarlar edər!” (Məclisinin “Biharul Ənvar” əsəri 100-cü cild, səh. 318 )
Bizə elə gəlir ki, sizin bu rəvayətlərdən məlumatlarınız yoxdur.
Allah hamımızı haqqı eşidib dərhal ona tabe olanlardan etsin! Amin!!!
596. Rufet_33 (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz