Sual-Cavab

Sizlerde istimina haqqinda her hansi bir delilli melumat var?

Sual: Eziz qardaslar sizlere bir sualim var. Sizlerde istimina haqqinda her hansi bir delilli melumat var. Burada hem dini hemde elmi esaslar olmalidir.

Cavab:

Əs-sələmu aleykum.

Onanizmin (istimnanın) haram olması barəsində dəlillər:

- Qurani Kərimdən dəlillər: Uca Allah Qiyamət günü nicat tapan möminlərin sifətlərini xatırlayaraq “əl-Muminun surəsində belə buyurur:

5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

Uca Allah qeyd etdi ki, bundan (yəni zövcə və cariyələrdən) artığını istəyənlər həddi aşanlardır. Məlumdur ki, onanizm də bunların (zövcə və cariyələrin) heç birindən deyil. Deməli bununla məşğul olan şəxs haram iş görməklə həddini aşmış olur. Uca Allah da həddini aşanları sevmir. Uca Allah buyurur: “Allah həddi aşanları sevməz!” (əl-Bəqərə surəsi 190-cı ayə).

Onanizmin haram olmasını göstərən başqa bir ayədə uca Allah belə deyir: “Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar...” (ən-Nur surəsi 33-cü ayə). Bu ayədə uca Allah evlənməyə gücü çatmayanlara özlərini qoruyub saxlamalarını və səbr etmələrini əmr etmişdir. Əgər istimna (onanizm) caiz olsa idi uca Allah evlənə bilməyənlər üçün onu caiz edərdi.

Başqa bir ayədə də uca Allah belə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (ən-Nur surəsi 30-cu ayə). Bu ayədə uca Allah möminlərə əmr edir ki, öz ayıb yerlərini haramdan qorusunlar. Bu ayə də onanizmin haram olmasına dəlalət edir.

- Hdislərdən dəlillər: Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur. Əgər onanizm caiz olsa idi onda Peyğəmbərimiz evlənə bilməyənlərə onu caiz buyurardı. Peyğəmbərimizin evlənə bilməyənlərə yalnız oruc tutmalarını nəsihət etməsi onu göstərir ki, onanizm haramdır.

Həmçinin onanizmlə məşğul olan şəxslər onu da düşünsünlər ki, Allah onları harada olurlarsa-olsunlar görür. Bu etdikləri əmələ görə Allahdan utansınlar. Axı Allah onların etdikləri əməllərdən xəbərdardır.

600. enes (istanbul)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz