Sual 3- deyirler ki Muhammed s.a.s ferz namazlardan sonra Estafurullah deyerdi,sunnet…
Sual: Salam aleykum ve rahmatullah ve berekatu.. sual 1- kecendefeki sualda futbola baxmaq olar yazmishdiniz,axi ordaki oyuncular mehrem yerlerini aciq qoyullar,mhrem yere baxmaq haramdi sef elemiremse.. sual 2- bilirem ki,qadina,qiza baxmaq gozun zinasidir.bes televizorda xeberlerde,kinoda,verlishlerde qadin aparicilar olur,indi ona baxmaq haramdi?eger yox niye gore delil nedi? sual 3- deyirler ki Muhammed s.a.s ferz namazlardan sonra Estafurullah deyerdi,sunnet namazlarinda demirdi,bu dogrudurmu? su
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Kişilərin budu (göstərilməsi qadağan olunan) övrət yerindən sayılmır. Odur ki, onu açmaq caizdir. Həmçinin futbol zamanı da bu cür insanlara baxmaq olar.
2. Bəli, kinoda, televiziyada və s. bu kimi yerlərdə göstərilən övrət yerləri (o cümlədən başı) açıq olan qadınlara baxmaq qadağandır.
3. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) namazdan sonra “Əstəğfurullah” deməsi ümumi olaraq gəlmişdir. Odur ki, bu həm fərz, həm də sünnə namazlarına şamil edilir. “Əstəğfurullah” sözünün sünnə namazlarından sonra deyilməməyinə dair heç bir hədis olmadığı üçün bu hökm ümumiliyində qalır.
4. Naməhrəm qadınla telefon vasitəsi ilə danışmaq günahdır, o cümlədən də evlənmək istədiyiniz qadınla. Siz həmin qadını yaxından tanımaq üçn ya ananız, ya da bacınız vasitəsi ilə ona bəzi sölər çatdıra bilərsiniz. Həmçinin həmin qızın xasiyyətini sizə məhrəm olan hər hansı bir qadının vasitəsi ilə öyrənə bilərsiniz. İslam dini evlənmək istədiyiniz qadına yalnız bir dəfə (nikahdan öncə) baxmağa icazə verir. Bu zaman həmin qadına gizlicə baxmaq daha yaxşı olardı. Həmçinin həmin qadına öz evlərində gəzdiyi adi şəkildə də (yəni, həmin qadın ata anasının qarşısında geyindiyi paltarda, başı açıq şəkildə də) baxa bilərsiniz.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
597. Abdul-Qaim (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz