Sual-Cavab

Sualim beledir: Eger her hansisa muselman Allaha tam inanirsa ve onun Qurani KErim…

Sual: sualim beledir: Eger her hansisa muselman Allaha tam inanirsa ve onun Qurani KErim vasitesi ile buyurduqlarini ( yeni Namaz qilib, Oruc tutur ,zekat verir ve s.) ve eyni zamanda ozu bile bile gunah emeller toredirse,onun ibedeti gebul olunur yoxsa bir geder gunahlari bagishlanir.Yeni sualimin menasi odur ki, ibadet edib gunahiolanla ibadet etmeyen arasinda ferg goyulur? diggtinize gore teshekkur edirem

Cavab:

Əs-sələmu aleykum.

Bu barədə geniş danışmaq olar. Lakin bəzi məlumatları çatdıracağıq. Uca Allah hər bir şəxsi etdiyi xırda günaha görə də cəzalandıracaqdır. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zəlzələ surəsi 7, 8-ci ayə).

Lakin qeyd edək ki, uca Allah həmin şəxsin etdikləri günahları bağışlaya da bilər, və həmin şəxs birbaşa Cənnətə girər. Ona görə də hər bir müsəlman çoxlu sayda yaxşı əməllər görməlidir ki, uca Allah bu əməllər vasitəsi ilə onun xırda günahlarını bağışlasın. Uca Allah buyurur: “...Həqiqətən, yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə).

Uca Allah böyük günahları isə yalnız tövbə vasitəsi ilə bağışlayır.

İbadət etməyən şəxslərə gəlincə onu deyə bilərik ki, uca Allah onları mütləq cəzalandıracaqdır. Onlar ən azı namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Uca Allah buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).

Onlar uca Allahın başqa əmrlərini yerinə yetirmədiklərinə görə də cəzalanacaqlar.

752. abdullah (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz