Sual-Cavab

Xaish edirem cavablandirin.Allah amaninda?

Sual: salam aleykum.Sualim beledir.Biz Allahin izni olmadan ne bir gunah ,ne bir savab ede bilerik.her shey onun izni ile olur.Ve o bizim butun heyatimizi evvelceden yazib.eger bu beledirse bele cixir ki, biz bu heyatda ne gunhlarimiza ne de savablarimiza hec bir mesuliyyet dashimiriq? xaish edirem cavablandirin.Allah amaninda.

Cavab:

Və aleykumus-sələm.

Xeyr bu doğru deyildir. Çünki, uca Allah əvvəlcədən öz əzəli elmi ilə hər bir insanın nə edəcəyini bilmiş və onların edəcəkləri həmin əməlləri də öz qədərlərinə yazmışdır. Uca Allahın onların qədərlərinə edəcəkləri əməlləri əvvəlcədən yazması heç də onları bu əməllərin edilməsinə yönəltmək deyildir. Əksinə hər bir şəxs etdiyi əməli özü seçir və buna görə də məsuliyyət daşıyır. Uca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (əz-Zəlzələ surəsi 7-ci və 8-ci ayələr).

Bu ayə onu göstərir ki, əməli edən elə həmin şəxsin özüdür və o bunu öz seçimi ilə edir. Ona görə də etdiyi əmələ görə cavab verəcəkdir.

Başqa bir ayədə uca Allah belə buyurur: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (əl-Ənam surəsi 148-ci və 149-cu ayələr).

Bu ayə də onu göstərir ki, Allah barəsində bu cür demək müşriklərin sözüdür və bu sözlərə görə də Allah onları cəzalandırdı. Həmçinin bu ayədən nəticə çıxarmaq olar ki, insan etdiyi günaha görə deyə bilməz ki, onu Allah istədi ki, mən də etdim, Allah istəməsəydi etməzdim. Bu cür demək günahdır. Çünki, insan etdiyi əməli özü seçir və bunu yerinə yetirməyə can atır. Kim nəyə can atırsa uca Allah da onu həmin şeyə yönəldir. Həmçinin insan özü hansı yolu seçərsə Allah da onu həmin yola yönəldər. Azğınlığa tərəf meyl edərsə Allah da onu həmin yola yönəldər, doğru yola meyl edərsə onu həmin yola yönəldər. Bu da onu göstərir ki, hər bir şeyi insan özü seçir. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (ən-Nisa surəsi 115-ci ayə).

490. Fuad ()

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz