Adayış risaləsi
Bu risalə klassik mənada bir təfsir olmağın bütün keyfiyyətlərini daşımaya bilər. Beləki, bu çalışma Quran qissələri üzərində işlənilmiş orijinal çalışmaların təvazökar nümunəsi sayıla bilər. Bu əsər Qahirədə verdiyimiz təfsir dərslərinin kitablaşmış halıdır. Əslində bu risalənin yazılma məqsədi praktiki qayğılardan qaynaqlanaraq müsəlmanların yaşadıqları problemlərin həllində Quranın inkar edilməz yardımına diqqət çəkmək, səadət və qurtuluşun qaynağı olan Kitabi Kərimimizdən hər tərəfli istifadəni artırmaqdır. «Allah alimdir» və «O, hər şeyin özünü biləndir»