Dua və əhkamları
Hörmətli oxucu, bu kitabın çox hissəsi Şeyx Abdu‐l‐Aziz ibn Bəzin təqdim etdiyi Şeyx Məhəmməd ibn İrahim əl‐Həmədin “əd‐Dua” kitabının, qalan hissəsi isə öz sözlərim və bir neçə mötəbər kitabların bəhrəsidir. Kitab adından məlum olduğu kimi İslam dininin ən mühüm məsələlərindən biri olan dua və onun əhkamlarından bəhs edir. Duanın İslamda böyük bir yeri vardır. Çünki dua etmək Allah‐Təalaya yaxınlaşmaöa səbəb olan ən böyük amillərdən biridir. Allah‐Təala “Qurani‐Kərim”də bir neçə ayədə qullarına Ona dua etmələrini əmr etmiş, duanı tərk etməkdən çəkindirmiş, Ona səmimi qəlbdən dua edənlərin savaba nail olduqlarını bildirərək onları mədh etmiş və hətta, duanı ibadət adlandırmışdır. Həqiqətən də dua hər bir xeyrin açarı və hər bir şərin qıfılıdır. Dua Allah‐Təalaya ən sevimli bir əməl olduğu üçün Öz müqəddəs kitabı olan “Qurani‐Kərim”i dua ilə başlayaraq dua ilə də bitirmişdir…