Hədis elmi

Qohumluq əlaqələrını kəsənın günahı


عن جبير بن مطعم أن جبير بن مطعم أخبره أنه سمع رسول الله صلى الله عليه وسلم يقول لا يدخل الجنة قاطع رحم"

64. Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə daxil olmaz”.
[ Səhihdir ]

عن أبا هريرة يحدث عن رسول الله صلى الله عليه وسلم قال إن الرحم شجنة من الرحمن تقول يا رب إني ظلمت يا رب إني قطعت يا رب إني إني فيجيبها ألا ترضين أن أقطع من قطعك وأصل من وصلك"

65. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qohumluq əlaqəsi ər-Rəhmandan bir şəcnədir.( Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.) O deyir: “Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Mənə, mənə”. Rəbbi də ona: “Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə, razı deyilsənmi?!”- deyə cavab verir.
[ Həsəndir ]

سعيد بن سمعان قال سمعت أبا هريرة يتعوذ من إمارة الصبيان والسفهاء فقال سعيد بن سمعان فاخبرني بن حسنة الجهني أنه قال لأبى هريرة ما آية ذلك قال أن تقطع الأرحام ويطاع المغوى ويعصى المرشد"

66. Səid ibn Səm'an deyir ki, mən Əbu Hureyranın (r.a) körpələrin və səfehlərin hökmranlığından Allaha sığındığını eşitdim. İbn Həsənə əl-Cuhəni deyir ki, mən Əbu Hureyradan (r.a) soruşdum: “Bunun əlaməti nədir?” O dedi: “(O vaxt) qohumluq əlaqələri kəsiləcək, azğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymayacaqlar”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz