Imam hüseyn

Imam hüseyn

Əlixan Musayev

İmam Hüseynin başına gələn müsibətlər İslam tarixinin ən kədərli hadisələrindən biridir. Bu hadisələr həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlanmaq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn da məhz belə düşünüb və belə yaşayan insanlardan olub. Onu sevən insanlar da onun kimi dinə layiqincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdırlar. Bu risalə həmçinin bu hadisədən irəli gələrək parçalanan ümmətin, elmsizliyi ucbatından bir-birinə düşmən kəsilən tərəflərin birliyinə bir səslənişdir. Sözü gedən və buna oxşar tarixi hadisələr biz müsəlmanların birliyinə, isti münasibətlərinə, mehribançılığına təsir göstərməməlidir. Anlamalıyıq ki, güc birlikdədir. İxtilaf isə birliyi sarsıdır və deməli gücümüzü də tükəndirir. Keçmişi xatırlayaraq müsəlmanların arasına ikitirəlik salan, onların arasında fitnə-fəsad yayan münafiqlərin isə vay halına.

PDF-i yüklə · 3.7 MB

Digər kitablar